Qarabağ qazilərindən olimpiyaçılarımıza və Azad Rəhimova dəstək

Rio- 2016-da uğurla çıxış edən Azərbaycan olimpiyaçıları dünən Vətənə döndü. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onları qarşılamağa ölkənin 4 bir yanından, bütün təbəqələrinin nümayəndələri gəlmişdilər. Onların sırasında Qarabağ veteranları xüsusi diqqət çəkdi. Nəyə görə bunu vurğuladım?

Çünki bir neçə gün öncə, Rio oyunlarının gedişində, Qarabağ Azadlıq təşkilatının rəhbəri Akif Nağı sosial şəkədə idmançılarımızın nəticələrini qeyri-qənaətbəxş hesab etmiş və gənclər və idman naziri Azar Rəhimovun ünvanına kobud ifədə işlətmişdi. Bunu eşidən Qarabağ qaziləri Güləş federasiyasının vitse-prezidenti Cavanşir Qurbanova müraciət edərək, komandamızı qarşılanmağa gəlmələrini və nazirə dəstək olmalarını bildiriblər.

Qeyd edək ki, dünən həm də Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü idi. Bu üzdən, qarşılanma zamanı şən musiqilər səsləndirilmədi, yalnız hərbi musiqilər ifa edildi.

Kamran HACI

Həmin kateqoriyadan