- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Biz hər oyundan əvvəl hansı tədbirləri görürüksə, bu dəfə də onu edəcəyik. Şükürlər olsun ki, Azərbaycanda indiyədək hər hansı təxribat olmayıb”. Allsport.az saytı xəbər verir ki, bu sözü qol.az-a açıqlamasında “Qarabağ”ın baş meneceri Asif Əsgərov qitə liqasının “A” qrupunda APOEL-lə keçiriləcək görüşün hazırlıqları ilə bağlı danışarkən deyib. O, Kipr təmsilçisi ilə Bakıda və Nikosiyada oyunlarda baş verə biləcək mümkün təxribatın qarşısını almaq üçün bütün tədbirlərin görüləcəyini bildirib:
“Əlbəttə, APOEL-lə danışmışıq. “Düdelanj”la Lüksemburqdakı oyunlarda baş verənlərdən APOEL-in də xəbəri var, “Sevilya”nın da. Bakıya yüzə yaxın APOEL azarkeşi gələcək. Bizim APOEL-lə münasibətlərimiz yüksək səviyyədədir, heç bir problem yoxdur. İstər Bakıda, istərsə də Nikosiyada görüşdə ola biləcək hansısa xoşagəlməz olayın qarşısı alınacaq”.
Avropa liqasının qrup mərhələsinin 2-ci turunda “Düdelanj” – “Qarabağ” oyununda baş verən erməni təxribatı ilə məsələyə sabah baxacaq. O, Lüksemburq təmsilçisinə təhlükəsizliyi düzgün təmin etmədiyi üçün veriləcək cəza haqda bunları deyib: “UEFA-nın yanaşmasından çox şey asılıdır. Təbii ki, cəza olacaq, ancaq məsələyə hansı baxımdan yanaşılacaq, necə qərar veriləcək, bu maraqlıdır. Gəlin, tələsməyək, qərarı gözləyək”.
Növbəti dəfə Avropa Klublar Birliyinin işçi qrupunun üzvü seçilən Asif Əsgərov qurumda “Düdelanj”la oyundakı erməni təxribatı və bu kimi məsələləri müzakirəyə çıxaracağını qeyd edib: “Avropa Klublar Birliyinin yeni iclası noyabrın 23-də keçiriləcək. İlk iclasda yeni seçilənlərlə tanışlıq olacaq. Ancaq növbəti iclaslarda təbii ki, bu məsələlər müzakirə olunacaq”.
Qeyd edək ki, APOEL-lə “Qarabağ” arasında oyunlar oktyabrın 24-də Bakıda, noyabrın 7-də isə Nikosiyada keçiriləcək.