- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Qarabağ” klubunun Avropa Liqasının pley-off mərhələsində İsveç “Göteborq”una qarşı keçirdiyi cavab oyununda 3:0 hesablı qələbəsi, ölkəmizin UEFA reytinqindəki xal ehtiyatını yaxşılaşdırıb. Allsport.az saytı xəbər verir ki, Qurban Qurbanovun komandasının qələbəsi Azərbaycana əlavə 0,250 xal qazandırıb.
Təəssüf ki, “Qəbələ”nin Sloveniya “Maribor”u ilə cavab oyunundakı nəticəsi reytinqə heç bir töhfə verməyib. Amma 0:1 hesablı məğlubiyyətə baxmayaraq, komandamız ilk oyundakı 3:1 hesablı qələbə sayəsində “Qarabağ”la birgə Avroliqanın qrup mərhələsində oynamaq şansı qazanıb.
Hazırda Azərbaycanın son 5 ilin göstəricilərinə əssən 16,500 xalı var. Bu göstərici ilə reytinq cədvəlində 25-ci pillədəyik.