- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
UEFA Avropa klublarının yeni əmsal cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan klublarından 7-si bu siyahıda yer alıb. Ən yaxşı göstərici yenə “Qarabağ”a məxsusdur. Bu komanda 15,950 xalla 111-ci sırada qərarlaşıb.
Ağdam klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Fiorentina” (İtaliya) 60,966 xalla 24-cü, PAOK (Yunanıstan) 29,640 xalla 60-cı, “Slovan” (Çexiya) isə 23,735 xalla 82-cidir.
Avroliqadakı digər təmsilçimiz “Qəbələ” 7,700 xalla 181-ci sırada qərarlaşıb. Bölgə təmsilçisinin rəqiblərinə gəlincə, “Anderlext” (Belçika) 37-ci (45,080), “Sent-Etyen” (Fransa) 62-ci (29,133), “Maynts” (Almaniya) isə 95-cidir (19,213).
Siyahıda yer alan digər klublarımız isə “Neftçi” (9,700 xalla 159-cu), “İnter” (5,950 xalla 220-ci), “Xəzər Lənkəran” (4,450 xalla 280-ci), “Kəpəz” (3,950 xalla 301-ci) və “Bakı”dır (3,700 xalla 309-cu).