- Baxış sayı: 26
- 05 Fevral 2026 16:49
- Baxış sayı: 201
- Fevral 04, 2026
- 0

Çempionlar liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Şelburn” (İrlandiya) oyununun biletləri satışa çıxarılıb.
Allsport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVİP C və VVİP D sektorlara bilet alaraq, VİP lanç üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park bulvardakı “Qarabağ”ın fan-şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;