“Qarabağ” son oyunda uduzdu

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası son yoxlama oyununu keçirib.

Allsport.az xəbər verir ki, rəqib yerli “Zaltsburq” kollektivi olub.

Görüş “Zaltsburq”un qələbəsi ilə yekunlaşıb – 2:1.

“Qarabağ”ın yeganə qolunu 42-ci dəqiqədə Nəriman Axundzadə vurub.

“Qarabağ” Avstriyadakı ilk yoxlama oyununda Ukraynanın “Metallist 1925” komandasına 4:5 hesabı ilə uduzub. Niderland “Tvente”si ilə qarşılaşmaların birində 3:2 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi digərində yenilib – 1:2. Ağdam komandası Bakıdakı yoxlama oyununda isə “Zirə”ni darmadağın edib – 4:0.

Həmin kateqoriyadan