- Baxış sayı: 37
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0

“Ştuttqart”ın müdafiəçisi Aylton Silva “Qarabağ”a keçib. Allsport.az saytı xəbər verir ki, Ağdam bu gün komandanın düşərgəsinə qoşulan və tibbi müayinədən keçən braziliyalı sol kənar müdafiəçisi ilə 1-illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu cari mövsümü icarə əsasında keçirəcək.
“Fluminense”nin yetirməsi olan Aylton 2015-2016-cı illərdə “Neftçi”də (32 oyun, 3 qol) çıxış edib. “Ağ-qaralar”dan ayrıldıqdan sonra, Portuqaliyanın “Eştoril” (18 oyun), daha sonra Almaniya klubuna (5 oyun) transfer olunub.
2018-ci ilin yayında yenidən “Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını Portuqaliya “Braqa”sında keçirib.