- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bir neçə dəqiqə sonra Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Azərbaycan çempionu “Qarabağ” İngiltərə təmsilçisi “Tottenhem”i qəbul edəcək. Azerisport.az xəbər verir ki, azarkeşlərin bu qarşılaşmaya böyük marağı var.
Maraqlıdır ki, Ağdam klubunun ev oyununu izləməyə gələnlər arasında həm milli, həm də Türkiyə bayrağı ilə “silahlanan”lar yetərincədir. Hətta onların arasında “Boz qurd”, Suriya, türkmən bayraqlarına da rast gəlmək mümkündür. Bəzi azarkeşlər isə “Tottenhem”in əzəli rəqiblərinin, məsələn, “Arsenal”ın bayrağı ilə arenaya təşrif buyurub.
Yeri gəlmişkən, “Tottenhem”in bir qrup azarkeşi stadiona daxil olarkən onların yerli fanatlarla kiçik mübahisəsi düşdü. Amma təhlükəsizlik xidməti vəziyyətin ciddiləşməsinə imkan vermədi.