- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
Ağdam klubu doğma meydanda İngiltərə “Tottenhem”i ilə qarşılaşıb. Qurban Qurbanovun komandası qrupdan çıxmaq şansını yaxşılaşdırmaq üçün bu görüşdə mütləq qələbə qazanmalıydı. Lakin təəssüf ki, təmsilçimiz bu vəzifənin öhdəsindən gələ bilməyib. Komandamız səfərdə uduzduğu bu rəqibinə doğma meydanda da minimal hesabla məğlub olub.
Bu gün “J” qrupunda daha bir oyun baş tutub. Belçika “Anderlext”i səfərdə Fransa “Monako”su ilə münasibətlərinə aydınlıq gətirib. Knyazlıq təmsilçisi doğma meydanda məğlub olub – 0:2.
UEFA Avropa Liqası
“J” qrupu
5-ci tur
26 noyabr
“Qarabağ” – “Tottenhem” – 0:1 (0:0)
Qol: H.Keyn, 78 (0:1).
Sarı vərəqə: R.Almeyda, 44. Q.Qarayev, 88.
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (11. Elvin Məmmədov, 80), 77. Cavid Tağıyev (70. Çumbinyo, 65), 29. Raydell Pupon (90. Samuel Armenteros, 54).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 8. Mişel.
Baş məşqçi: Qurban Qurbanov.
“Tottenhem”: 1. Hüqo Lyoris (k), 4. Tobi Alderveyreld, 5. Yan Vertongen, 15. Erik Dayer, 16. Kiran Trippyer, 33. Ben Devis, 8. Rayan Meyson (28. Tom Keroll, 73), 20. Dele Alli, 23. Kristian Eriksen (25. Coşua Onoma, 90+1), 7. Son Hun Min (14. Klinton Nije, 80), 10. Harri Keyn.
Ehtiyat oyunçular: 13. Mişel Vorm, 27. Kevin Vimmer, 17. Andros Tounsond, 29. Harri Vinks.
Baş məşqçi: Maurisio Poçettino.
Qrupdakı son durum: “Tottenhem” – 10, “Anderlext” – 7, “Monako” – 6, “Qarabağ” – 4.