- Baxış sayı: 39
- 22 Mart 2026 15:50
- Baxış sayı: 256
- Mart 22, 2026
- 0

“Turan Tovuz” premyer liqanın XXVIII turunda “Qarabağ”ı qonaq edib.
Allsport.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi 4:1 hesablı qələbəyə sevinib. Bu, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin cari mövsümdə “Turan Tovuz”a qarşı ilk qələbəsi olub.
“Turan Tovuz”dan Aleks Souza (30), “Qarabağ”da isə Kadi Borges (16 – penalti, 85), Nəriman Axundzadə (32) və Aleksey Kaşuk (90+1) qol vurub.