- Baxış sayı: 20
- 22 Mart 2026 15:50
- Baxış sayı: 236
- Mart 19, 2026
- 0

Bu gün “Qarabağ”ın 12 yaşlılardan ibarət komandası Türkiyəyə yollanıb. Allsport.az saytı xəbər verir ki, futbolçularımız “Altınordu” klubu tərəfindən hər il keçirilən “U-12 İzmir Cup”da iştirak edəcəklər. Bu turnirdə 12 ölkənin 48 komandası iştirak edir.
İspaniyanın “Atletiko” (Madrid), “Atletik” (Bilbao), Rusiyanın “Krasnodar”, Yunanıstanın “Panatinaikos”, Almaniyanın “SV Ayntraxt”, “Berlin”, İtaliyanın “Torino, Türkiyənin “Qalatasaray”, “Fənərbağça”, “Beşikdaş”, “Trabzonspor”, “Altunordu” kimi klublarl iştirak edir.
“Qarabağ”ımızın artıq qrupdakı rəqibləri də məlumdur. Komandamız “Trabzonspor”, “Gümüşordu”, “Dənizli Çamlık”, “Çorlu Fənər” və “H6” klubları ilə qarşılaşacaq. Qrupun ilk oyunları sabah keçiriləcək.