- Baxış sayı: 21
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün İsveçrənin Nyon şəhərində çempionlar liqasında pley-offun püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, 3-cü ələmədə 10 cüt və 2 komandanın ehtimal rəqibləri müəyyənləşib.
Belədə, “Qarabağ” – APOEL cütünün növbəti tərəf-müqabilləri bilinib. Ölkə çempionumuz Kipr təmsilçisini mübarizədən kənarlaşdırsa, “Ayaks” və ya PAOK klublarından biri ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.
Çempionlar liqası
Pley-off mərhələsi
Çempionlar yolu
“Dinamo” (Xorvatiya)/”Ferensvaroş” (Macarıstan) cütünün qalibi – “Maribor” (Sloveniya)/“Rusenborq” (Norveç) cütünün qalibi
ÇFR (Rumıniya)/”Seltik” (Şotlandiya) cütünün qalibi – “Slaviya” (Çex Respublikası)
“Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya)/“Kopenhagen” (Danimarka) cütünün qalibi
APOEL (Kipr)/“Qarabağ” (Azərbaycan) cütünün qalibi – PAOK (Yunanıstan)/“Ayaks” (Hollandiya) cütünün qalibi
Liqa yolu
“Başakşəhər” (Türkiyə)/“Olimpiakos” (Yunanıstan) cütünün qalibi – “Krasnodar” (Rusiya)/“Portu” (Portuqaliya) cütünün qalibi
“Bazel” (İsveçrə)/LASK (Avstriya) cütünün qalibi – “Brügge” (Belçika)/“Dinamo” (Ukrayna) cütünün qalibi