- Baxış sayı: 37
- 31 Mart 2026 21:42
- Baxış sayı: 783
- Mart 30, 2026
- 0

APOEL rəhbərliyi futbolçulara Avropa liqasının “A” qrupunun 4-cü turunda “Qarabağ”la görüşdə qələbəyə üçün yüksək mükafat vəd edib. Allsport.az saytı xəbər verir ki, Tomas Dollun komandası qələbə qazansa, əsas heyətdə meydana çıxacaq hər bir futbolçuya 5 min avro mükafat veriləcək.
Bunu Bakıdakı görüşdən sonra paltardəyişmə otağına girən kiplilərin prezidenti Prodromos Petrides deyib. Məlum qarşılaşma noyabrın 7-də Nikosiyada keçiriləcək. Odlar yurdunda matç 2:2 bitib.