- Baxış sayı: 41
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 138
- Noyabr 28, 2024
- 0
Apellyasiya arbitraj tribunalı “Qarabağ” və “Neftçi”nin apellyasiya şikayətinə baxıb. Allsport.aaz xəbər verir ki, “Qarabağ” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib.
“Qarabağ” AFFA intizam komitəsinin 23.02.2021-ci il tarixində qəbul etdiyi qərarla 19.02.2021-ci ildə premyer liqanın XVI turunun “Sumqayıt” – “Qarabağ” oyununda futbolçu Uroş Matiçin futbol formasında standartlar pozulmasına görə tətbiq olunan 3000 (üç min) manat cərimə cəzasından azad edilib.
“Qarabağ”a bu hala təkrar yol verməməsi ilə bağlı xəbərdarlıq edilib.
“Neftçi” tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.
AFFA İntizam Komitəsinin 04.03.2021-ci ildə qəbul etdiyi qərarla 03.2021-ci ildə premyer liqanın XVIII turunun “Neftçi” – “Sabah” oyununda stadionda işıqlandırma səbəbindən fasilələr olduğuna görə meydan sahibi kluba tətbiq olunan cərimə yüngülləşdirici hallar nəzərə alınmaqla 4000 (dörd min) manatdan 1000 (min) manata endirilib.