“Qarabağ” və “Qəbələ”nin ev oyunlarının başlama saatı dəyişdirildi

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ” və “Qəbələ”nin ev oyunlarının başlama saatlarında dəyişiklik edilib. Allsport.az xəbər verir ki, hər iki komandamızın bir ev oyunu saat 20:00-da başlayacaq.

Belə ki, “Qəbələ”nin üçüncü turda Almaniyanın “Borussiya” (Dortmund), “Qarabağ”ın isə dördüncü turda Fransanın “Monako” klubları ilə oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi 22:00-da yox, saat 20:00-da start götürəcək. Bu oyunlar müvafiq olaraq oktyabrın 22-də və noyabrın 5-də keçiriləcək.

Qeyd edək ki, “Qəbələ” qrupdakı digər rəqibləri PAOK (Yunanıstan) və “Krasnodar”la (Rusiya), “Qarabağ” da “Anderlext” (Belçika) və “Tottenhem”lə (İngiltərə) ev oyunlarına əvvəl göstərildiyi saatda (22:00-da) çıxacaq.

Həmin kateqoriyadan