- Baxış sayı: 44
- 06 Fevral 2026 23:16
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0

Çempionlar Liqasının 3-cü ələməsində “Qarabağ”la Çex Respublikasının “Viktoriya” klubları arasında baş tutacaq cavab matçının biletləri bu gündən satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, görüşü canlı izləmək istəyənlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına yaxınlaşıb, biletini ala bilər.
Kassalarda bilet satışa çıxarılan kimi, mərkəzi arenanın yanına xeyli sayda azarkeş toplanıb. Bilet satışındakı bu ajiotaj ümid edək ki, oyun zamanı da yaşanacaq. Qiymətlər yerindən asılı olaraq, 1-5 manat aralığındadır. VİP yerlərə biletlər isə 30 manatdır.
“Qarabağ” – “Viktoriya” matçı avqustun 2-də keçiriləcək və saat 20:30-da start götürəcək. Tərəflər arasındakı ilk oyun qolsuz başa çatmışdı.