- Baxış sayı: 29
- 17 Oktyabr 2024 23:55
- Baxış sayı: 72
- Oktyabr 17, 2024
- 0
“Qarabağ”ın qitə liqasının “İ” qrupunun 2-ci turunda İspaniya “Vilyarreal”ına qarşı matçının hakim təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, qarşılaşma çex briqadasına həvalə edilib.
Baş referi Pavel Orel olacaq. Ona Petr Blajey və İrji Krjij kömək edəcəklər. 4-cü ədalət təmsilçisi Andrey Peçanetsdir.
Matçın hakim-inspektoru gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə ukraynalı Anna Bordiuqova olacaqlar.
Görüş oktyabrın 29-da İstanbulda “Başağşəhər Fateh Tərim” stadionunda keçiriləcək.