- Baxış sayı: 8
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Premyer liqanın 31-ci turunda “Neftçi”ni qəbul edəcək “Qarabağ” klubunun xanım azarkeş klubu “Ladies of Qarabağ Xanımlar stadiona” adlı çağrış edib. Allsport.az saytı xəbər verir ki, məqsəd “ağ-qaralar”la oyuna da komandalarını qələbəyə səsləməkdir.
Fan klub rəhbərliyi oyuna ciddi hazırlaşdıqlarnı bildirb və çempiyonluq yolunda ən əsas oyun kimi qiymıtləndiriblər. Həmçinin oyunda xanımlara xüsusi olaraq fan klublarına məxsus geyim, papaq , şərf və bayraq veriləcək.
“Qarabağ üçün bir olaq” devizi altında fəaliyyət göstərən “Ladies of Qarabağ” Qafqazın və Azərbaycanın ilk xanım fan klubu kimi tarixə düşüb. Fan klubun yaradıcıları Günay Yelmarqızı və Vasif Acalovdur. Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı 25 apreldə, saat 19:00–da “Bakcell Arena”da start götürəcək.