- Baxış sayı: 69
- 24 Mart 2026 15:23
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində son ölkə çempionu “Qarabağ”la İsveçrənin “Yanq Boyz” klubu arasında keçiriləcək cavab matçının hakimləri açıqlanıb. Allsport.az xəbər verir ki, Bakıda baş tutacaq görüşü litvalı referi Gediminas Mazeyka idarə edəcək.
Ona yan xətt hakimləri Vutautas Simkusla Vitenis Kazlauskas kömək edəcək. Dördüncü hakim funksiyasını isə Sergey Sliva həyata keçirəcək.
Qeyd edək ki, “Qarabağ” – “Yanq Boyz” matçı avqustun 27-də keçiriləcək və saat 21:00-da start götürəcək. Bu klublar arasındakı ilk matçda təmsilçimizin 1:0 hesabıyla qalib gəldiyini də xatırladaq.