“”Qarabağ” yaxşı komandadır”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska çempionlar liqasının dördüncü turunda “Qarabağ”la səfərdə heç-heçə (2:2) ilə bağlı fikrini bildirib.

Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis görüşü belə şərh edib:

“Bu gün yaxşı başladıq, bir qol vurduq, amma sonra iki qol buraxdıq. Hər iki qoldan qaça bilərdik. Onların cərimə meydançasında daha təmkinli olmalı idik.

İkinci hissədə daha yaxşı oynadıq. Hər matç oyunçular üçün niyə “Çelsi”də olduqlarını göstərmək üçün bir imkandır. “Qarabağ” yaxşı komandadır. Onlar çox yaxşı oynayırlar”.

Həmin kateqoriyadan