”Qarabağ” yeni keçidini açıqladı

“Qarabağ” heyətinə yeni futbolçu qatıb: Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb.

Allsport.az xəbər verir ki, fransalı futbolçu Jeremi Qnalinin “Qarabağ”a transferi ilə bağlı razılıq əldə olunub. 

Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli köynəklə çıxış edəcək.

23 yaşlı oyunçj karyerası ərzində “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.

AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan