- Baxış sayı: 39
- 14 Dekabr 2025 18:30
- Baxış sayı: 135
- Dekabr 14, 2025
- 0

Bu gün Avropa liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
Allsport.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan “Qarabağ”ın da rəqibi məlum olub. Səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisi 1/8 finalda Almaniyanın “Bayer-04” klubu ilə qarşılaşacaq.
“Qarabağ” bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək. 1/8 finalın ilk oyunları martın 7-sində, cavab görüşləri isə martın 14-ündə olacaq.