- Baxış sayı: 44
- 03 Fevral 2026 17:54
- Baxış sayı: 153
- Fevral 02, 2026
- 0
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Rekord.az xəbər verir ki, hazırlığın növbəti günündə komandanın proramında 2 məşq vardı.
Ağdamlılar ənənəvi olaraq səhər məşqinə yerli vaxtla 11:00-da yollanıb. 2 günlük aradan sonra Antalyada yağışlar kəsilsə də, buludlu hava şəraiti hələ də davam edir. Buna baxmayaraq komandanın məşqi yüksək əhval-ruhiyyədə keçdi. Ağdam təmsilçisinin çalışması 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından 3 qrupda kvadrat oynayan futbolçular ardınca məşqçilərin verdiyi başqa fiziki məşğələləri yerinə yetiriblər.
“Qarabağ”ın 2-ci məşqi yerli vaxtla 17:00-da olacaq.