- Baxış sayı: 30
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 26
- Dekabr 05, 2025
- 0

Azərbaycan premyer liqasının 2024/25 mövsümünün çempionu “Qarabağ”ın mükafatlandırma mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, təltif olunma tədbiri “Azersun Arena”da baş tutub.
Mükafatlar XXXV turun “Qarabağ” – “Kəpəz” oyunundan (3:0) sonra təqdim edilib. Ardıcıl 4-cü, tarixində 12-ci dəfə çempion olan Ağdam təmsilçisi mükafatlarını alıb.
Mərasimində klubun prezidenti Tahir Gözəl, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və peşəkar futbol liqasının texniki-idman direktoru Elgiz Abbasov iştirak ediblər. Öncə klubun üzvlərinə, texniki heyətə, məşqçilərə və futbolçulara qızıl medallar verilib. Ardınca “Qarabağ”a çempionluq kuboku təqdim olunub.
“Qarabağ” XXXII turda – çempionatın sonuna 4 tur qalmış 1-ci yeri təmin edib. Komanda 35 oyunda 86 xal toplayıb.