“Qarabağ”a böyük hörmətimiz var”

“Qarabağ” çempionlar liqasının III turunda “Atletik”in qonağı olacaq.

Allsport.az xəbər verir ki, sabah keçiriləcək oyundan öncə rəqibin baş məşqçisi Ernesto Valverde mətbuat konfransında iştirak etdi.

O, görüşlə bağlı bunları dedi:

“Qarabağ” turnir cədvəlində liderlər sırasındadır, biz isə sonuncuyuq. Sabah bizim xal toplamağa başlamaq imkanımız var. “Qarabağ”a böyük hörmətimiz var, çünki onlar iki çətin rəqib olan “Benfika” və “Kopenhagen” üzərində qələbə qazanıblar. Sabah uduzsaq, vəziyyətimiz daha çətin olacaq. Amma matç başlamadan bu barədə danışmaq istəmirəm. Onlar yaxşı futbol oynayan və hücumda çox güclü oyunçuları olan komandadır. Azərbaycandan olsalar da, legionçular çoxluq təşkil edir. Müdafiədə maksimum diqqətli olmalıyıq”.

Həmin kateqoriyadan