- Baxış sayı: 19
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Qarabağ” daha bir futbolçunun keçidini reallaşdırıb.
Allsport.a klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev heyətə cəlb olunub.
Ağdam təmsilçisi ilə 29 yaşlı hücumçu arasında 1 illik müqavilə imzalanıb. Şeydayev “Qarabağ”da 77 nömrəli forma ilə çıxış edəcək.
Ramil 2017-2018 və 2021-2023-cü illərdə də “Qarabağ”da forma geyinib. O, komandamızla 3 dəfə Azərbaycan çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb. 2022/23 mövsümündə 22 qolla premyer liqanın bombardiri adına sahib olub.
Azərbaycan komandasında keçirdiyi 69 oyunda 10 qol vuran forvard karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tailand), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.
“Qarabağ” bunadək altı futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae, Joni Montiel və Kamilo Duranı heyətinə qatıb.