“Qarabağ”a məğlubiyyəti qəbul edərək irəli getməliyik”

“Benfika”nın kapitanı Nikolas Otamendi çempionlar liqasının ilk turunda “Qarabağ”a 2:3 hesablı məğlubiyyəti şərh edib.

Allsport.az xəbər verir ki, argentinalı müdafiəçi azarkeşlərdən üzr istəyib:

“Məğlubiyyəti başa düşmək üçün özümüzü tənqid etməliyik. İndi günahkar axtarmağın vaxtı deyil. Qarşıda yol uzundur və heç kim əminliklə deyə bilməz ki, qələbə qazansaq belə, çempionlar liqasının növbəti mərhələsinə vəsiqə qazanacaqdıq. Sadəcə, bunu qəbul edərək irəli getməliyik.

Hər kəs təkmilləşməlidir. Düşünürəm ki, 2-0 öndə olmaq və ilk hissədən sonra qol buraxmaq məyusedicidir. Biz irəli getməliyik və daha çox çalışmalıyıq. Yaxşı oynamalı və hər matçda üç xal qazanmalıyıq. Qalib gəlsək, birlikdə qalib gəlirik, məğlub olanda isə özümüzə tənqidi yanaşmaq lazımdır.

Çempionlar liqasının növbəti turunda “Qarabağ” evdə “Kopenhagen”, “Benfika” isə “Çelsi” ilə qarşılaşacaq.

Həmin kateqoriyadan