“Qarabağ”a qarşı mübarizə aparmaq çətin olur”

“Ağır oyun alındı. Qırmızı vərəqəyə qədər futbolçular başabaş oynamağa çalışdılar. Hətta epizodlar da yaratdıq. Meydanda azlıqda qaldıqdan sonra “Qarabağ”a qarşı mübarizə aparmaq çətin olur. Ağır məğlubiyyəti unudub qarşıdakı oyuna hazırlaşmaq lazımdır”.

Allsport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev “Qarabağ”a 0:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, penalti epizodundan razı olduğunu bildirib: “Penalti epizodu ilə razıyam, var idi, amma eyni zamanda komandanı azlıqda qoymaq ağır qərar idi.

Məğlubiyyətimizin səbəbi Avram deyil. Komanda şəklində çox səhvlər etdik. Qırmızı vərəqədən sonra isə sanki ritmdən düşdük.

Maçado bizim üçün önəmli futbolçudur. Biz də onun tezliklə sıralarımıza qoşulmasını istəyirik. Fərdi məşqlərə başlasa da, kollektivlə birgə hazırlıq keçmir”.

Həmin kateqoriyadan