- Baxış sayı: 22
- 05 Fevral 2026 15:27
- Baxış sayı: 199
- Fevral 04, 2026
- 0

Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri bu gün “Qarabağ”ın qonağı olublar.
Allsport.az xəbər verir ki, görüşdə klubun baş direktoru Əmrah Çəlikəl, peşəkar futbol liqasının prezidenti Elxan Səmədov, baş məşqçi Qurban Qurbanov, komandanın üzvləri, həmçinin adıçəkilən məktəbin müəllimləri iştirak ediblər.
Səmimi və xoş atmosferdə keçən görüş zamanı Qurban Qurbanov və futbolçular şagirdlərlə yaxından ünsiyyət qurub, onlarla xatirə şəkilləri çəkdiriblər.