- Baxış sayı: 2
- 05 Fevral 2026 14:17
- Baxış sayı: 199
- Fevral 04, 2026
- 0

“Qarabağ” növbəti transferini reallaşdırıb.
Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi ispaniyalı futbolçu Conatan Montyeli heyətinə qatıb.
Oyunçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.
26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. Montyel klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.
“Qarabağ” bunadək dörd futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuakunu və Sami Mmaeni heyətinə qatıb.