- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ” qitə liqasının “A” qrupunun 3-cü turunda APOEL ilə oyunundan əvvəl kiprlilər üçün şam yeməyi təşkil edib. Allsport.az saytı xəbər verir ki, idarə heyətinin üzvü Fəvzixan Aras qonaqlara Qarabağ atının təsviri olan xatirə hədiyyəsi təqdim edib.
Meydandan kənarda qonaqpərvərlik üçün təşəkkürünü bildirən rəqib komandanın nümayəndələri meydanda öz şərəfi və tarixi uğrunda mübarizə aparacaqlarını bildirib.
Bu gün Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək matç saat 20:55-də başlayacaq.