”Qarabağ”dan növbəti qələbə

“Qarabağ” Antalyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. 

Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi günün ikinci görüşündə Polşanın “Zaqlebye” klubu ilə qarşılaşıb.

Oyunda hesabı Leandro Andradenin qolu ilə komandamız açıb. Fasiləyə qədər rəqib bərabərlik topunu vurub. Buna baxmayaraq, ikinci hissədə üstün oyun nümayiş etdirən futbolçularımız daha iki qol vurublar. Abdullah Zubir və Coni Montiel hərəyə bir dəfə fərqləniblər. Beləliklə, “Qarabağ” yoxlama oyununda 3:1 hesabı ilə qalib gəlib.

Komanda Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununda Özbəkistanın “Neftçi” (Fərqanə) klubunu 5:0, ikinci matçında isə bu gün Xorvatiyanın “Osiyek” kollektivini 3:1 hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan