- Baxış sayı: 25
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

“Qarabağ” çempionlar liqasının IV turunda evdə “Çelsi” ilə qarşılaşıb. Allsport.az xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadiondakı oyun 2:2 hesablı heç-heçə ilə bitib.
Hesabı londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian fərqlənib. Ardınca “kəhər atlar” 2 qol vurublar. 29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini qola çevirib.
İkinci hissədə “zadəganlar” məğlubiyyətdən xilas olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.
Bununla da ağdamlılar cari mövsüm çempionlar liqasının əsas mərhələsində xallarının sayını 7-ə çatdırıblar.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv V turda, noyabrın 25-də İtaliyada “Napoli”nin qonağı olacaq.