- Baxış sayı: 24
- 22 Mart 2026 15:50
- Baxış sayı: 236
- Mart 19, 2026
- 0

“Qarabağ” çempionlar liqasının pley-offunda “Nyukasl”la qarşı səfər matçına yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib.
Allsport.az saytı xəbər verir ki, Ağdam təmsilçisi İngiltərəyə yollanmamışdan öncə premyer liqanın 21-ci turunda “Neftçi” ilə oyunun təxirə salınmasını istəyib.
“Kəhər atlar” bununla bağlı PFL-ə məktub göndərib.
Çempionatın təşkilatçısı olan qurum, öz növbəsində, razılıq üçün “Neftçi”yə müraciət edib. Lakin paytaxt klubu “Qarabağ”ın bu istəyini geri çevirib.