- Baxış sayı: 16
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Qarabağ” futbol klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin iqlim dəyişmələri üzrə çərçivə sazişinin tərəflər konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yaradılacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansda yer alacaq komandalar noyabrın 15-i gün ərzində Bakıya təşrif buyurub.
Allsport.az xəbər verir ki, artıq bütün klub nümayəndələri Bakıdadır. COP29 sədrliyi və birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyası dəstəyi, “Qarabağ” və Avropa klublar assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansda komandamızla yanaşı 10 klub yer alacaq.
Klubumuzun dəvəti ilə COP29-da iştirak edəcək klublar – “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya), “Malmö” (İsveç) iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malikdirlər. Sadalanan məsələlərdə daim həssas davranan, inkişaf edən və yaddaqalan layihələr reallaşdıran bu klublar alyans yaradılması barədə sənədə imza atacaqlar. Klublar dayanıqlılıqla bağlı sınaqdan keçirdikləri unikal layihələr barədə təqdimat edəcəklər. Sözügedən 11 tanınmış klub qurumun yaradıcıları hesab olunacaq. Sonradan dayanıqlılıq baxımından fəal olan digər klublar “Qarabağ” və ECA tərəfindən bu alyansa dəvət ediləcək.
Alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da mavi zonanın “Nəsimi” zalında baş tutacaq.