- Baxış sayı: 12
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo çempionlar liqasının 1-ci turunda səfərdə “Benfika” üzərində 3:2 hesabı ilə qalib gəldikləri oyunda matçın ən yaxşısı seçilib.
Allsport.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
“O, “Qarabağ” üçün çox vacib rol oynadı. Bikalyo bütün arxa dördlüyə kömək etdi və pressinq üçün imkanlar yaratdı. Pedro “Qarabağ”a “Benfika”ya qarşı aqressiv oynamaq üçün lazım olan tarazlığı təmin etdi, eyni zamanda möhkəm müdafiəni təmin etdi”, – UEFA-nın texniki müşahidəçiləri qeyd ediblər.
Bikalho 90 dəqiqə meydanda olub. O, 12,1 kilometr məsafə qət edib və 88 faiz ötürmə dəqiqliyi ilə yadda qalıb.