- Baxış sayı: 29
- 17 Oktyabr 2024 23:55
- Baxış sayı: 72
- Oktyabr 17, 2024
- 0
Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Allsport.az xəbər verir ki, FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq yığmanın futbolçusu Aleksey İsayev heyətdən çıxarılıb. Buna “Qarabağ”ın yarımmüdafiəçisinin zədələnməsi səbəb olub.
Millimiz martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.