- Baxış sayı: 26
- 21 Yanvar 2026 10:54
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

UEFA gənclər liqasının əsas mərhələsinə start verilib.
Allsport.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandası I turun matçına çıxıb.
Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda Portuqaliya təmsilçisi “Benfika” ilə qarşılaşıb. Görüş Lissabon klubunun təlim-məşq bazasında keçirilib.
Dörd dəfə turnirin finalına çıxmaqla gənclər liqasının şərikli rekordçusu olan Portuqaliya klubu bu görüşdən qalib ayrılıb. Lissabon təmsilçisi 7:1 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Əli Qazıbəyov fərqlənib.
“Qarabağ” növbəti oyununu oktyabrın 1-də Bakıda “Kopenhagen”ə qarşı keçirəcək.