- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

UEFA gənclər liqasının çempionlar liqası yolunda V tura start verilib.
Allsport.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandası son səfər matçına çıxıb.
Ağdam təmsilçisi İtaliyada “Napoli”nin qonağı olub. Oyun əlverişsiz hava şəraitində keçib. Bu üzdən ikinci hissə də gec başlayıb, sonradan da oyun qısa müddətə dayandırılıb. Görüşə erkən qolla başlayan İtaliya klubu matçın sonlarında daha bir dəfə fərqlənməklə 2:0 hesablı qələbə qazanıb.
“Qarabağ” son oyununu dekabrın 10-da Bakıda “Ayaks”a qarşı keçirəcək.