- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın idarə heyətinin üzvü Asif Əsgərov (şəkildə sağdan 2-ci) Avropa klublar birliyinin (ECA) qərarverici orqanı olan icraiyyə şurasına üzv seçilib.
Allsport.az saytı xəbər verir ki, o, Berlində təşkil olunan assambleyasında seçkidə klubların səs çoxluğunu qazanaraq, 2023-2027-ci illər üçün bu qurumda təmsil olunmaq hüququ əldə edib.
Bununla da, həmyerlimiz beynəlxalq nüfuzlu futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub.
AKB özündə qitənin 500-dək klubunu birləşdirir. Azərbaycandan həmin təşkilatda “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “Sumqayıt” təmsil olunur.