- Baxış sayı: 73
- 24 Mart 2026 15:23
- Baxış sayı: 30
- Mart 29, 2026
- 0

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan İtaliyanın “Fiorentina” klubu heyətinə yeni futbolçu qatıb. Allsport.az saytı xəbər verir ki, “bənövşəyilər” İspaniya “Sevilya”sında çıxış edən Sebastyan Kristoforo ilə güclənib.
Yarımmüdafiəçi cari mövsümün sonunadək icarə əsasında İtaliyada oynayacaq. Uruqvaylı futbolçu artıq yeni klubunda tibbi baxışdan da keçib və müqaviləyə qol çəkib.