“Qarabağ”ın keçmiş futbolçusu: “Qol vurdum və meymun kimi rəqs etməyə başladım”

“Qarabağ”ın keçmiş futbolçusu, hazırda Kiprin “Apollon” klubunda oynayan Donald Gerye açıqlama verib. Allsport.az xəbər verir ki, 32 yaşlı futbolçu həyat yoldaşının karyerasında həlledici rol oynadığını söyləyib:

“O, artıq iki dəfə bunu edib. Türkiyədə oynayarkən “Aris” klubundan təklif gəlmişdi. Amma qəbul etmədim. Həmin vaxt xanımım məni “Qarabağ”a getməyə məcbur etdi. Sonda o, haqlı çıxdı və mən Çempionlar Liqasında oynadım. “Apollon”a da onun təkidi ilə keçdim”.

Haitili futbolçu Azərbaycanda irqçiliklə üzləşmədiyini deyib:

“Qarabağ”da oynayanda Polşada dincəlirdim. Yoldaşım və onun dayısı ilə küçədə gəzərkən bir nəfər dərimin rəngi ilə bağlı məni təhqir etdi. Fikir vermədim, çünki mənə maraqlı deyildi. Amma cibindən çıxardığı bananı mənə verəndə çox əsəbləşdim. Ona qəzəblə baxsam da, heç nə etmədim. “Qarabağ”ın heyətində Belarusda BATE-yə qarşı oynayanda azarkeşlər irqçi şüarlar səsləndirirdilər.

Açığı, çox pis təsir etmişdi. Amma qol vurandan sonra onların qarşısında gülməyə və meymun kimi rəqs etməyə başladım. Əslində isə bu cür hallarda ən yaxşı cavab onlara fikir verməməkdir. Düzdür, bəzən kimisi qaldırıb yerə çırpmaq istəyirsən. Amma həmin an tanrı sizi sakitləşdirir. Digər ölkələrdə, məsələn, Azərbaycanda isə heç vaxt irqçiliklə qarşılaşmamışam”.

Həmin kateqoriyadan