- Baxış sayı: 7
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın futbolçusu Simeon Slavçev Bolqarıstan mətbuatına açıqlama verib. Allsport.az saytı xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi zədəli olması ilə bağlı yayılan xəbərləri təkzib edib: “Zədəli olmağımla bağlı xəbərlər doğru deyil. Ötən cümə günü kiçik bir zədəm var idi, ancaq indi yaxşıyam və komandayla birgə məşqlər edirəm.
Bolqarıstan yığmasının baş məşqçisi Georgi Dermendziyevdən dəvət aldığım üçün şadam. Milli komandanın düşərgəsində olanlar da vəziyyətimdən xəbərdardı. Son zamanlardakı uğursuz nəticələri fikirləşməliyik və azarkeşlərimizin könlünü almalıyıq. İnanıram ki, tezliklə başımızı yuxarı qaldırıb, qələbəsiz oyunlar seriyasına son qoyacağıq”.
O, Bolqarıstan millisinin noybarın 14-də yoxlama oyununda Paraqvayla, 17-də isə AÇ-2020-nin seçmə mərhələsində Çexiya ilə qarşılaşacağı oyunlar üçün yığmaya dəvət alıb.