“Qarabağ”ın növbəti mərhələyə yüksəlməyəcəyi dəqiqləşdi

“Qarabağ” bu gün Avropa liqasının əsas mərhələsində növbəti oyuna çıxıb.

Allsport.az xəbər verir ki, köhlən atlar Tofiq Bəhramov adına respublika stadionunda FKSB-ni qəbul edib. Oyun Rumıniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ” bu məğlubiyyətlə növbəti mərhələyə yüksəlmək imkanını tam itirib. Ağdam təmsilçisi 7 turdan sonra 36 komanda arasında 3 xalla 33-cüdür.

Avropa liqası
Əsas mərhələsi, VII tur

“Qarabağ” – FKSB (Rumıniya) 2:3

Qollar: Leandro Andrade, 2, Coskim Dava, 41 (ö.q.) – Adrian Şut, 7, 74, Mikulesku, 45+4

Həmin kateqoriyadan