“Qarabağ”ın oyununa hakim təyinatı

“Qarabağ”ın çempionlar liqasının əsas mərhələsinin III turunda “Atletik”ə qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.

Allsport.az xəbər verir ki, oktyabrın 22-də Bilbaodakı “San Mames” stadionunda baş tutacaq görüşə Xorvatiya və İsveçrədən olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı xorvatiyalı İqor Payaç idarə edəcək. Həmyerliləri Boyan Zobeniça və İvan Mixali oyunun baş hakiminin köməkçiləri olacaqlar. Zdenko Lovriç dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri İvan Bebek və isveçrəli Fedayi San olacaqlar.

UEFA çempionlar liqası

Əsas mərhələ, III tur

22 oktyabr

20:45. “Atletik” – “Qarabağ”

Baş hakim: İqor Payaç

Baş hakimin köməkçiləri: Boyan Zobeniça, İvan Mixali

Dördüncü hakim: Zdenko Lovriç

VAR: İvan Bebek (hamısı Xorvatiya)

AVAR: Fedayi San (İsveçrə)

Bilbao, “San Mames” stadionu

Həmin kateqoriyadan