- Baxış sayı: 38
- 16 Fevral 2026 20:47
- Baxış sayı: 214
- Fevral 16, 2026
- 0

“Qarabağ”ın çempionlar liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçirəcəyi ilk matçının təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, fevralın 18-də Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq görüşə Norveç və Niderlanddan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Espen Eskas idarə edəcək. Yan Erik Enqan və İsaak Elias Başevkin baş hakiminin köməkçiləri olacaqlar. Siqurd Krinqstad dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Rob Dieperink və Dennis Hiqler olacaqlar.
UEFA çempionlar liqası
Pley-off mərhələsi, ilk oyun
18 fevral
21:45. “Qarabağ” – “Nyukasl”
Baş hakim: Espen Eskas
Baş hakimin köməkçiləri: Yan Erik Enqan, İsaak Elias Başevkin
Dördüncü hakim: Siqurd Krinqstad (hamısı Norveç)
VAR: Rob Dieperink (Niderland)
AVAR: Dennis Hiqler (Niderland)
Tofiq Bəhramov adına respublika stadionu