- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Qarabağ”ın Bakıda “Ayntraxtla keçiriləcək çempionlar liqasını oyununa hakim təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq matç İsveçrədən olan hakimlər briqadasına həvalə olunub.
Görüşün baş hakimi Sandro Şerer olacaq.
FİFA referisinə Stefan de Almeyda ilə Yonas Erni kömək göstərəcək. Dördüncü hakim funksiyasını Yohannes fon Mandah yerinə yetirəcək.
VAR-da Fedayi San, AVAR-da isə Lukas Fendrix olacaq.
“Qarabağ” – “Ayntraxt” oyunu yanvarın 21-də keçiriləcək.