- Baxış sayı: 27
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 37
- Dekabr 05, 2025
- 0

“Qarabağ”ın çempionlar liqasının II təsnifat mərhələsində “Şelburn”la İrlandiyada keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.
Allsport.az xəbər verir ki, matçı Xorvatiyadan olan referilər idarə edəcəklər.
Görüşün baş hakimi Ante Çulina olacaq. Ona Luka Puşiç və İvan Mihali kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Erceq yerinə yetirəcək.
VAR hakimi Mario Zebec, AVAR hakimi isə Tixomir Pejin olacaq.
“Şelburn” – “Qarabağ” oyunu iyulun 23-də Dublindəki “Tolka Park” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da baş tutacaq.