”Qarabağ”ın qolunu sakit qarşıladım”


“Atletik”in baş məşqçisi Ermesto Valverde “Qarabağ”ı 3:1 hesabı ilə məğlub etdikləri çempionlar liqasının III tur oyunundan sonra mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis görüş barədə bunu deyib:

“Rəqib bizə qol vuranda bunu sakit qarşıladım. Çünki qarşıda çox vaxt var idi. Matça bir az həyəcanlı başladıq. Ağıllı oynadıq və oyunun tempini artırdıq. Bunun nəticəsində qollar vurmağa başladıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Biz daha çox topa sahib olmaq istəyirdik və rəqib buna mane olmağa çalışırdı”.

Həmin kateqoriyadan