“Qarabağ”ın rəqib baş məşqçisi: “Həyatda yalnız arvadımdan çəkinirəm”

“Hələ ki, oyuna bir gün qalıb və matça hazırıq. Amma hansı səviyyədə hazır olduğumuzu görəcəyik”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Aşdod”un (İsrail) baş məşqçisi Ran Ben Şimon paytaxtda “Qarabağ” ilə konfrans liqasının 2-ci ələməsinin ilk oyunundan öncə mətbuat konfransında deyib. O, rəqib barədə xoş danışıb:

“”Qarabağ” keyfiyyətli oyun göstərir. Son mövsümü bir xal fərqlə “Neftçi”yə uduzduqlarını bilirik. Yüksək səviyyəli oyunçuları var. Bu komandanın xeyli futbolçusu Azərbaycan millisindədir.

Rəqibin ötən mövsüm “Makkabi” ilə görüşlərini izləmişəm. Bizim çempion mərhələ adlamışdı. Amma 2 bərabər səviyyəli oyun olub. Təbii ki, “Qarabağ”a hörmətlə yanaşırıq. Amma… Həyatda yalnız arvadımdan çəkinirəm (gülür). Çünki o, güclü şəxsiyyətdir”.

Həmin kateqoriyadan